Öz ərizəsi ilə işdən çıxan şəxslər MÜAVİNƏT ALA BİLƏR?

“İşçinin öz xahişi ilə işdən çıxarılması Əmək Məcəlləsinin 68-ci maddəsinin II maddəsinin A bəndinə uyğun olaraq həyata keçirilir. Burada əgər işçi öz xahişi ilə işdən çıxırsa, işsizliyə görə hər hansı bir müavinət təqdim olunmur”.
Bu sözləri “Referans”- a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
“Bu eyni zamanda o halda baş verir ki, işçinin əmək müqaviləsinin müddəti bitir və tərəflərdən hər hansı birinin təşəbbüsü və ya uzatma barədə təsdiqi yoxdursa, o zaman həmin əmək müqaviləsinə xitam verilir. Nəticə etibarı ilə işçi yenə də işsizliyə görə müavinət ala bilmir”.
Hüquqşünas qeyd edib ki, işçi yalnız ixtisar səbəbi ilə işdən çıxarıldığı təqdirsə işsizliyə görə müavinətlə təmin olunur.
“İxtisarla işdən çıxarılan işçiyə 6 ay müddətinə işsizliyə görə müavinət təqdim olunur. Həmin müavinətin hissə-hissə alınması əhaliyə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müvafiq şəhər-rayon şöbəsi tərəfindən təqdim olunur”.
Fidan Vəlisoy