Baş prokurordan mətbuat xidmətinə YENİ TƏYİNAT 

bas-prokurordan-metbuat-xidmetine-yeni-teyinatnbsp-1740051895
|
|

Baş Prokurorluğun Mətbuat xidmətində yeni kadr təyinatı olub.


Qurumun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Suad Qəhrəmanova mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.


Qeyd edək ki, Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.