Bu kredit təşkilatı bağlandı - RƏSMİ 

bu-kredit-teskilati-baglandi-resminbsp-1745569524
|
|

  Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.

"Referans" AMB-yə istinadən xəbər verir ki, lisenziya könüllü müraciət əsasında ləğv olunub.

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.