Kişinin meyiti dağın yamacında tapıldı

25.04.2025
-
22:48
|
|
Ağdaşda dağın yamacında kişi meyiti tapılıb
Referans Teleqraf-a istinadən xəbər verir ki, hadisə Hüşün kəndi yaxınlığındakı dağın yamacında qeydə alınıb.
Meyiti aşkar olunan şəxsin çoban olduğu bildirilir.
Hazırda şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma başlanıb.
***
Ağdaşda dağın yamacından tapılan kişi meyitinin kimliyi məlum olub. Bu, Abdullayev Elnur Mənsur oğlu, 1980-ci il təvəllüdlü Kükəl kənd sakinidir. Elnurun orada heyvan otardığı bildirilir.