Azərbaycanda klub pul verib yalançı baş məşqçi təyinatı etdi!

azerbaycanda-klub-pul-verib-yalanci-bas-mesqci-teyinati-etdi-1745667528
|
|

II Liqada yarışan «Şahdağ»da yeni təyinat rəsmiləşib. Nazim Əliyev baş məşqçi postuna təsdiqlənib. Onunla 2 aylıq müqavilə imzalanıb. Amma bu anlaşma o anlaşmalardan deyil. Əliyev yalnız kağız üzərində fəaliyyət göstərəcək.



Mövsümün əvvəlində sükan arxasına keçən Elnur Abdullayev yenə öz işini görəcək. Bəs klub rəhbərliyi «Neftçi»nin sabiq məşqçisini niyə bura gətirib? Məsələ AFFA-nın tələblərindən qaynaqlanır. Belə ki, federasiya I Liqaya vəsiqə qazanan Qusar təmsilçisindən lisenziyalaşdırma meyarlarına riayət etməsini istəyib.




E.Abdullayevin «A» kateqoriyalı lisenziyası yoxdur. I Liqada çıxış edəcək istənilən komandanın çalışdırıcısı mütləq bu kateqoriyanı daşımalıdır. N.Əliyev adının lisenziya sənədlərində göstərilməsi üçün «Şahdağ»dan ödəniş alacaq. Yəni ki, tərəflər bir quru «salam-sağ ol» əsasında formal müqaviləyə imza atmayıb.