Kanadada festival qana boyandı: 9 ölü var

27.04.2025
-
16:08
|
|
Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb.
Referans xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.
Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin kütlənin üzərinə sürülməsi nəticəsində 9 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Artıq həmin sürücünün saxlanıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır./publika.az