Gəncədə kütləvi dava QANLA BİTDİ - Ağır xəsarət alanlar var

Gəncədə bıçaqlanan şəxslərin sayının üç nəfər olduğu aşkara çıxıb.
"Referans" Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə bıçaq xəsarətləri alıblar.
Son məlumata görə, Z.Məmmədovun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəsmi açıqlamasına görə, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.
Əlavə məlumat veriləcək.
xxx
Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb.
"Referans" Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. Gənc xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Hadisənin kim tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.