Güclü zəlzələ Türkiyəni YENƏ SİLKƏLƏDİ

27.04.2025
-
23:37
|
|
Türkiyənin şərqində 4,9 bal gücündə zəlzələ baş verib.
"Referans" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri 298 min insanın yaşadığı Elazığ vilayətindən 44 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Qeyd edilib ki, yeraltı təkanlar Malatya bölgəsində də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.