Bakı-Astara şosesində ağır qəza: bir ölü, iki yaralı

28.04.2025
-
09:09
|
|
Bu gün Bakı-Astara şosesinin Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə ağır xəsarət alıb.
Yaralılardan biri – 25 yaşlı Nərmin Zeyniyeva hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir. Qəza zamanı vəfat edən şəxsin isə Nərmin Zeyniyevanın həyat yoldaşı olduğu məlum olub.
Hadisənin təfərrüatları araşdırılır.//bakupost.az