Samir Hümbətova vəzifə verildi - FOTO

28.04.2025
-
11:06
|
|
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinə yeni birinci müavin təyin edilib.
"Referans" banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Samir Hümbətov gətirilib.
O, 2021-2025-ci illərdə KOBİA İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Bu il 22 aprel tarixindən isə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavinidir.