“Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir” – İlham Əliyev

azerbaycan-ve-iran-onemli-beynelxalq-layihelerde-istirak-edir-ilham-eliyev-1745857721
|
|
“Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik”.

Referans xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”.