Xalq artisti yıxıldı, qolu sındı

28.04.2025
-
22:07
|
|
“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm”.
Referansa xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Onun sözlərinə görə, qolu xəstəxanada rentgen müayinəsi olunub:
"Hazırda müalicə alıram. Qolum gipsdədir”,- sənətçi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasına müalicə alıb.