Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - Əməkdar...

Azərbaycanın Əməkdar memarı Cəmaləddin Bəy oğlu Qədirov vəfat edib.
"Referans" bildirir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat verib.
C.Qədirov 1953-cü ildə Qusar rayonunda anadan olub.
1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan “Avtoyol” Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı İcraiyyə Komitəsi “Bərpaçı” Baş İdarəsində memar, elmi layihə sektorun rəisi; “Bərpaçı” Elmi-istehsalat idarəsinin rəis müavini (1989-1990). 1990-2012-ci illərdə sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub. 2012-2015-ci illərdə “Archilit MMC”-da baş memar, 2015-ci ildən isə müstəqil memarlıq fəaliyyəti ilə məşğul olub.
O, “İçərişəhər”də Məhəmməd məscidinin bərpası, Bakı şəhərində H.Əliyev Fondunun binası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, Maştağa, Lənkəran və Bərdədə olimpiya kompleksləri, Zaqatala şəhərində Fındıq zavodu, Bakıda Ə.Ələkbərov küçəsində yaşayış kompleksi, Lənkəran və Yevlax şəhərlərində telestudiya, Mingəcevir şəhərində H.Əliyev adına saray və qonaq evi, Dərbənd şəhərində H.Əliyev küçəsinin rekonstruksiyası; Gədəbəy şəhərində “Aşıqlar evi”nin rekonstruksiyası və s.layihələrin müəllifi olub.