Qız istəməyə ata oğlanı orada qoyub gəlinini "aparmaq" istədi - VİDEO 

qiz-istemeye-ata-oglani-orada-qoyub-gelinini-aparmaq-istedi-videonbsp-1745919849
|
|

İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrdə gündəm olub.


Güney Koreyadan qız istəməyə gələn ailənin samimi davranışları və zarafatları mərasim iştirakçılarının gülüşünə səbəb olub.

Türk adət-ənənələrinə uyğun keçirilən mərasimdə damadın atası söz alaraq zarafatla belə deyib:

"Oğlan sizdə qalsın, qızı biz aparaq".


Bu gözlənilməz çıxış zalda böyük alqış və gülüşlə qarşılanıb. Qonaqlar Koreyalı ailənin həm səmimiyyətini, həm də yumor hissini təqdir ediblər.

/ Milli.Az