Daha bir uşaq ölümü - Bu dəfə Şəmkirdə

29.04.2025
-
14:15
|
|
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
Hadisə Mahmudlu kəndində qeydə alınıb.
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
Faktla bağlı araşdırma aparılır./apa