Bakıda arvad ərini döydü, vəziyyəti ağırdır

bakida-arvad-erini-doydu-veziyyeti-agirdir-1745990270
|
|
  Bakıda ailə münaqişəsi zamanı kişi döyülüb.

Referans xəbər veir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Zeynal Xəlil küçəsində baş verib.

1973-cü il təvvəllüdlü Kərimov Seymur Kərim oğlu həyat yoldaşı tərəfindən döyülüb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrindən əzik xəsarətləri alıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılır. (Teleqraf)