İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI

30.04.2025
-
11:23
|
|
“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərinin yeni detalları məlum olub”.
Bu iddia ilə “Times of İsrael” çıxış edib.
Nəşr yazır ki, baş nazirin Bakıya səfəri mayın 7-dən başlayacaq və 4 gün davam edəcək. O, mayın 8-i Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Məlumata görə, Netanyahu daha sonra Azərbaycanın yəhudi icmasının üzvləri ilə bir araya gələcək. Mayın 10-da isə burada Azərbaycan yəhudiləri ilə “yəhudi şənbəsi” kimi bilinən Şabbat gününü qeyd edəcək.
Onun mayın 11-i İsrailə geri dönməsi nəzərdə tutulub.
Qeyd edək ki, may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir.//globalinfo.az