SON DƏQİQƏ! 24 saata hərbi əməliyyatlar başlayır 

son-deqiqe-24-saata-herbi-emeliyyatlar-baslayirnbsp-1745996900
|
|

Hindistan növbəti sutka ərzində Pakistana hərbi müdaxiləyə başlaya bilər.

Referans Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarara X səhifəsində yazıb.

O, etibarlı kəşfiyyat məlumatlarına əsasən belə bir informasiyanı paylaşdığını bildirib:

“Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarına malikik”.

Qeyd edək ki, artıq Cammu bölgəsində tərəflər arasında atışmalar başlanıb.