Arxa-arxaya Azərbaycana SƏFƏRLƏR: Gözlənilən görüş BAKIDA OLACAQ?

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir.
Maraqlıdır ki, mayın 10-da Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə
İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir.
Ötən yaxın günlərdə İran Prezidentinin də Azərbaycana səfərini nəzərə alsaq, yaxın tarixlərə təsadüf edən bu görüşlərin mahiyyəti nədir? Uzun zamandır gözlənilən Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilərmi?
Politoloq Məhəmməd Əsədullazadə “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.
“İran prezidentinin Azərbaycana səfəri və növbəti mərhələdə İsrailin Baş nazirinin Azərbaycana səfəri təbii ki, tərəflər arasında mümkün vasitəçiliyin Azərbaycanın edəcəyi istisna edilmir. Türkiyə və İrail arasında vasitəçilik də Azərbaycanın öhtəliyindədir. Donald Tramp administrasiyası İsrailə baxmayaraq, İranla birbaşa danışıqlara gedir və Bünyamin Netanyahu isə təmamilə “ofsayt”-da saxlayıb. Təbii ki, bu İsrail rəhbərliyi üçün gözlənilməz bir proses idi. İndi Azərbaycanla İran arasında münasibətlər normaldır. Düşünürəm ki, İsraillə İran arasında, əlbəttə ki, vasitəçiliyi Azərbaycan edə bilər. Artıq Azərbaycan regional güc kimi də formalaşıb. Dünya siyasi nizamında bu mümkündür. İran prezidenti Azərbaycana bir daha səfər edəcəyini də bildirib. Bu da Azərbaycan və İran prezidentlərinin görüş zamanı İran-İsrail əlaqələrini də müzakirə etməsinin göstəricisidir”.
Politoloq son olaraq qeyd edib ki, Ərdoğan və Netanyahunun Bakıda görüşü hələ ki real görünmür. Səbəb isə onların görüşməsi üçün siyasi zəminin olmamasıdır.
Fidan Vəlisoy