Yığmamız Millətlər Liqasında ikinci oldu

01.05.2025
-
22:12
|
|
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.
Referans xəbər verir ki, komanda həlledici raundda ev sahibi kollektiv ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada dəqiq olan rəqib Millətlər Liqasının qalibi olub - 3:1.
Milli isə turniri ikinci pillədə başa vurub.