Toyda Türkana görə dava edən müğənni kimdir? - FOTO

02.05.2025
-
09:06
|
|
Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.
Referans xəbər verir ki, Türkan həmkarı Rüfət Axundovdan danışıb.
Türkan deyib ki, Rüfət məclislərin birində onun üçün dava edib: "Rüfətin belə olmağına baxmayın, çox cəsarətlidir. Toyda elə dava etdi ki, inana bilməzdim, məni arxa qapıdan göndərdilər.
Sataşmamışdılar. Toyda ifa edirdik, bir adam getdi-gəldi mahnı dedi, sonra xanım müğənnilərə səsini qaldırdı. Rüfət dedi ki, "xanımlara qarşı olmaz belə", onu elə gözəl başa saldı ki, söhbət həll olundu. Səliqəli şəkildə həll etdi". (Bizim.Media)