SON DƏQİQƏ! Dağıstanda ZƏLZƏLƏ oldu 

son-deqiqe-dagistanda-zelzele-oldunbsp-1746164914
|
|

  Dağıstanın Qızılyurt rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 5:49-da İnçxa kəndi yaxınlığında Qızılyurt rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların hiss olunmadığı qeyd edilib. İtki və dağıntı yoxdur./bizim.media