Bakıda məktəbli qız YOXA ÇIXDI 

bakida-mektebli-qiz-yoxa-cixdinbsp-1746185944
|
|

  Bakıda yeniyetmə qız itkin düşüb.

Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır./Lent.az