Avarçəkənlərimiz yarışı 15 medalla başa vurdu – FOTOLAR

avarcekenlerimiz-yarisi-15-medalla-basa-vurdu-fotolar-1746216038
|
|

  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlar başa çatıb.

Referans xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi reqatanın son günündə avarçəkənlərimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Elvin Əliyev-Niyaz Məlikov cütlüyü bürünc, həmin növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanskiy-Hüseyn Həsənov cütlüyü gümüş, Vacib Babayev-Nuran Rəhimli cütlüyü isə bürünc medal əldə edib.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında Əziz Əhmədli-Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə-Tahir Mövsümov cütlüyü isə bürünc medal qazanıb.

Nurlan Paşayev və Cahangir Məmmədli 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə ikinəfərlik akademik avarçəkmə yarışında yalnız Özbəkistan təmsilçilərindən geri qalaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Beləliklə, üç gün davam edən yarışı Azərbaycan komandası ümumilikdə 1 qızıl, 7 gümüş və 7 bürünc olmaqla 15 medalla başa vurub.

Xatırladaq ki, bu gün Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.  Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.  


6840e477 3547 49e4 94c6 883e22ee12a4
24fd51ff 3723 406c b247 334168357462
5bb9bf2f 6706 45cc a9df e8137b6829c2
9040a57b 54f2 45a6 9490 7a71538f6f96
208a19a8 a296 4494 a70e 93aa0a74d39f
516dd187 2d91 4255 953a 92f8ee07cd3e
8960b4ee 9856 4858 8392 b1af0dcda047
a4490ecb b349 4a72 b90f 008c9b9e2f10