18 yaşlı qız qeysərriyə əməliyyatından sonra öldü

03.05.2025
-
15:58
|
|
Bakıda 18 yaşlı qız qeysərriyə əməliyyatından sonra vəfat edib.
Referans "Qafqazinfo”ya istinadən xəbər verir ki, aprel ayının 26-sı Sumqayıt Tibb Mərkəzində qeysərriyə əməliyyatı olunan Kürdəmir rayon sakini 2007-ci il təvvəllüdlü Tahirə Sahir qızı Hüseynovanın daha sonra halı pisləşib.
Bundan sonra o, Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib və mayın 1-də ölüb.
Faktla bağlı araşdırmalar aparılır.