Vuçiç və Fitsonun səhhətləri pisləşdi, görüşlər təxirə salındı

03.05.2025
-
19:54
|
|
Serbiya Prezidenti Aleksandr Vuçiç və Slovakiyanın Baş naziri Robert Fitso səhhətləri ilə əlaqədar iş səfərlərini və tədbirləri ləğv ediblər.
Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Serbiya və Slovakiya mətbuatı məlumat yayıb.
“Tanjuq” agentliyinin məlumatına görə, A.Vuçiç ABŞ-yə səfəri zamanı qəflətən xəstələnib və erkən vətənə dönüb. Hərbi Tibb Akademiyasının həkimi Draqan Dinçiç bildirib ki, Belqradda müayinədən keçən Serbiya Prezidentinin vəziyyəti stabil və qənaətbəxşdir. Həkimin sözlərinə görə, Vuçiçin narahatlığına səbəb qan təzyiqinin kəskin artması olub.
R.Fitso da son anda iş proqramını ləğv edib.
“Tvnoviny” portalının məlumatına görə, buna səbəb sui-qəsd cəhdindən sonra yaranan ciddi sağlamlıq problemləri olub.

Nazir səhhətində yaranan problemlə əlaqədar Çexiyanın keçmiş Prezidenti Miloş Zemanla televiziya proqramında da iştirak etməyib. Rəsmi mənbələr Slovakiya liderinin proqramındakı dəyişikliklərin səbəbləri barədə məlumat vermir.