Sumqayıtda yük avtomobili piyadanı vurub öldürdü

sumqayitda-yuk-avtomobili-piyadani-vurub-oldurdu-1746291801
|
|

  Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

Referans “Report”a istinadən verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir – red) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.