Qatarın altında qalan FHN əməkdaşının xeyli borcu var imiş 

qatarin-altinda-qalan-fhn-emekdasinin-xeyli-borcu-var-imisnbsp-1746431135
|
|

  Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

Referans  qafqazinfo.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

"Unikal" isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.