SON DƏQİQƏ! Yay gəlir, sərhədlər açılır?

Havanın isinməsi ilə birlikdə insanlar istirahət planları qurmağa, sosial şəbəkələrdə isə pasportlu selfilər, hava limanı fotoları və “Görüşənədək, Bakı!” statusları paylaşmağa başlayıb. Yay fəslinin gəlişi ilə birlikdə Azərbaycanlı turistlərin səyahət planları da diqqət çəkir.
Bəs bu yay azərbaycanlılar hansı ölkələrə üz tutacaq? Xarici turizmə maraq necə dəyişib və bu marağa təsir edən əsas amillər
Mövzu ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov bildirir ki, bu gün səyahət artıq bir lüks deyil lakin həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlarımızın əksəriyyəti üçün artıq səyahət bir zərurət kimi qəbul olunur. Dünyada hər il səyahət edənlərin sayı artır, artıq 1.5 milyarddan çox insan dünya üzrə aktiv şəkildə səyahət edir. İnternet və sosial şəbəkələrin təsiri ilə insanlar yeni məkanları vizual olaraq tanıyır, başqalarının təcrübələrini görür və səyahət qərarlarını buna əsasən verirlər.
Ekspert onu da bildirib ki, yay ayları – dəniz, qum, günəş və hər zaman turizm üçün pik mövsümdür. Dəniz, qum, günəş üçlüyü klassik olaraq əsas cazibə nöqtəsidir. Amma son illərdə turizm məhsullarının çeşidlənməsi, yeni marşrutların yaranması, həm də qiymət siyasətləri fərqli tələblərə uyğun təkliflərin artmasına səbəb olub. Qiymətlər, viza və təhlükəsizlik – qərarverici faktorlar 2025-ci ildə də Azərbaycanlı turistlərin qərarlarına təsir edən əsas amillər arasında aviabilet qiymətləri, viza prosedurlarının asanlığı və getmək istədikləri ölkədəki təhlükəsizlik durumu ön plandadır.
Ekspert həmçinin onu da vurğulayıb ki, birbaşa uçuşların artması, tələbələr üçün xüsusi bilet kampaniyaları, viza rejimlərinin sadələşdirilməsi və turizmə yönəlik xidmətlərin rəqabətli şəkildə təqdim olunması insanları daha çox səyahətə həvəsləndirir.
Müsahibibimiz onu da deyib ki, bərpa və artım ili 2024-cü il dünya turizm bazarının bərpa ili kimi yadda qaldı. Pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşan sektor 2025-ci ildə daha da canlanacaq.
Ekspertin fikrincə, həm ölkəyə gələn, həm də ölkədən gedən turistlərin sayında artım müşahidə olunur. Əgər sabitlik davam edərsə, 2025-ci ildə səyahətlərin daha da artacağı gözlənilir. Turizm, həmçinin ölkələr üçün valyuta axını və iqtisadi qazanc baxımından da önəmli bir sektordur.”
Azərbaycanlı turistlərin yay planlarında xarici ölkələr bu il də ön plandadır. Əsas seçim meyarları arasında münasib qiymətlər, rahat viza rejimi, təhlükəsizlik və sosial şəbəkələrdə görülən səyahət təəssüratları dayanır. Görünən odur ki, yay aylarında pasportlu selfilər və “Görüşənədək, Bakı!” statusları daha da artacaq.
Gülgəz Qədirova
Referans