Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

bu-olkede-57-bal-gucunde-zelzele-oldu-1746470567
|
|

  Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.

Referans xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Akala şəhərindən 28 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin ocağı 269 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.