Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi - Xəsarət alan var?

rusiyada-sernisin-teyyaresi-qeza-enisi-etdi-xesaret-alan-var-1746532806
|
|

  Göyərtəsində onlarla sərnişinin olduğu "Rossiya Hava Yolları"na məxsus təyyarə texniki nasazlıq səbəbindən Yujno-Saxalinskdə məcburi eniş edib.

Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun Telegram kanalında məlumat verilib.

Bildirilir ki, insident çərşənbə axşamı, mayın 6-da Blaqoveşenskdən uçan “Sukhoi Superjet 100” təyyarəsində baş verib. Eniş təhlükəsiz olub və 72 sərnişindən heç biri xəsarət almayıb. Hava limanının xidmətləri adi iş rejimində çalışıb./publika.az