Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var 

bu-rayonda-emeliyyat-kecirildi-saxlanilanlar-varnbsp-1746532882
|
|

  Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Surac Ömərov və Əliağa Zeynalov saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, S.Ömərov müxtəlif evlərə daxil olaraq oradan qızıl-zinət əşyaları, Ə.Zeynalov isə tanışına məxsus mağazadan pul oğurlayıb.

Məhkəmənin qərarı ilə S.Ömərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.