Mahir Emreli "Nrünberq"dən ayrılır - RƏSMİ

Azərbaycan millisinin üzvü Mahir Emreli mövsümün sonunda "Nürnberq"i tərk edəcək.
Bu barədə İkinci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Mərkəz forvardının başa çatan müqaviləsinin müddəti uzadılmayacaq. Hər iki tərəf bu barədə razılığa gəlib.
27 yaşlı futbolçu bu mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan Nürnberqə keçib. O, bu mövsüm 2. Bundesliqada indiyədək 22 oyuna çıxıb, 7 qol vurub və 1 assist edib. Ölkə kubokunda bir matçda oynadı və burada da qol vurub.
Klubun idman direktoru Joti Katzialeksiu ayrılıq qərarına belə münasibət bildirib:
"Müqaviləsi başa çatan oyunçularla bağlı mümkün qədər tez bir qərara gəlmək bizim üçün vacibdir. Mahirlə birlikdə biz yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Ona bu mövsümdə göstərdiyi səylərə, xüsusən də fədakarlığına görə təşəkkür etmək istərdik. Ona son oyunlarda ən yaxşısını arzulayırıq".//publika.az