Vahid Əliyevlə bağlı üzücü xəbər

07.05.2025
-
18:34
|
|
Tanınmış aktyor Vahid Əliyevin səhhəti yenidən pisləşib.
Referans xəbər verir ki, bu barədə lent.az-a aktyorun oğlu məlumat verib.
Onun sözlərinə görə, o, şənbə günündən süni tənəffüs aparatına qoşulmuşdu.
Lakin artıq aparatdan ayırılıb.
Həkimlərin verdiyi son açıqlamaya əsasən, aktyorun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Onun səhhəti həkimlərin nəzarətindədir.