Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşdü

Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Moskvaya eniş edib.
Referans xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
*** 16:48
Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
Referans xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.
***
Serbiya Prezidenti Aleksandar Vuçiç Moskvanın Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərində iştirak etmək üçün Rusiyaya səfər edib.
Referans xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Vuçiçin təyyarəsi əvvəlcə Bakıda eniş edib. Məlumata görə, bu eniş əvvəlcədən planlaşdırılmış və təyyarənin yanacaqla təmin olunması məqsədi daşıyıb.
Vuçiçin Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşü də planlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Litva və Latviya Serbiya Prezidentinin təyyarəsi üçün hava məkanını bağladığını bildirmişdi./globalinfo.az