Daha bir ölkə başçısı Qələbə paradında iştirak etməyəcək - Koronavirusa görə

07.05.2025
-
20:38
|
|
Laos Prezidenti Thonqlun Sisulit Qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlər üçün Moskvaya getməyəcək.
Referans xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib:
“Laos Prezidenti koronavirusa görə gəlməyəcək. Bizə bunu belə izah etdilər”.
Laos paradda xarici işlər naziri səviyyəsində təmsil olunacaq.