ÇL: PSJ finalda “İnter”ə rəqib oldu

cl-psj-finalda-intere-reqib-oldu-1746680737
|
|

  Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Referans xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ “Arsenal”ı qəbul edib.

İlk oyunda 1:0 hesablı qələbə qazanan Fransa nəhəngi öz meydanında da sevinən tərəf olub. Luis Enrikenin komandası rəqibini 2:1 hesabı ilə üstələyərək adını finala yazdırıb.

Həlledici qarşılaşmada PSJ "İnter"lə üz-üzə gələcək. “İnter” “Barselona”nı məğlub edərək (3:3, 4:3 ə.v.) finala yüksəlib.

UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

PSJ (Fransa) – “Arsenal” (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 – Bukayo Saka, 76.
İlk oyun – 1:0.