FED dollarla bağlı qərar verdi

fed-dollarla-bagli-qerar-verdi-1746682997
|
|
ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.
 

Referans xəbər verir ki, bu barədə FED-dən açıqlama verilib. Bildirilib ki, faiz dərəcəsinin sabit saxlanılması qərarı yekdilliklə qəbul edilib. Açıqlamada, bankın hədəflərini dəstəkləmək üçün federal fond dərəcəsi üçün hədəf aralığının 4,25% ilə 4,50% arasında sabit saxlanıldığı bildirilib. Açıqlamada deyilir ki, ölkədə inflyasiya bir qədər yüksək olaraq qalır.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp FED-ə fazi dərəcələrini aşağı salmaq barədə çağırış etmişdi. Tramp ölkədə inflyasiyanın aşağı düşdüyünü irəli sürmüşdü.