Türkiyə Rusiya ilə hava nəqliyyatını bərpa edir - Tarix açıqlandı

turkiye-rusiya-ile-hava-neqliyyatini-berpa-edir-tarix-aciqlandi-1746729423
|
|

  "Türk Hava Yolları" və Rusiya Nəqliyyat Nazirliyi arasında əldə edilən razılaşmaya əsasən, mayın 9-dan etibarən Türkiyə ilə Rusiya arasında hava nəqliyyatı tam həcmdə bərpa olunacaq.

Bu barədə "Rosaviatsia" məlumat yayıb.

Bildirilib ki, mayın 8-də ləğv olunan bütün reysləri "Azur Air" və "SouthWind" aviaşirkətləri icra edəcək.

Eyni zamanda, "Türk Hava Yolları" mayın 9-da uçuş cədvəlinə əlavə reyslər daxil etmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, bu qərar son günlərdə iki ölkə arasında hava nəqliyyatı ilə bağlı yaşanan müvəqqəti fasilədən sonra gediş-gəlişin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır./teleqraf