AZAL-ın Bakı-Moskva reysləri BƏRPA OLUNDU

09.05.2025
-
11:54
|
|
Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.
Referans xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.