Azərbaycan millisi Belarus yığmasını məğlub etdi

azerbaycan-millisi-belarus-yigmasini-meglub-etdi-1746805029
|
|

  Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Referans xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun Azərbaycan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandanın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.

Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq./teleqraf