Ağdaşda yük maşını aşdı, yaralananlar var

09.05.2025
-
21:15
|
|
Ağdaşda bitum daşıyan yük maşını aşıb.
Referans xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində baş verib.
Yol döngəsində idarəetmədən çıxaraq aşan yük maşınında xəsarət alan 1964-cü il təvəllüdlü Abdullayev Kərəm İskəndər oğlu və 1962-ci il təvəllüdlü Vəliyev İlham Ağa oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.