Şabranda DƏHŞƏT: avtomobil ağaca çırpıldı - İKİ QARDAŞ ÖLDÜ 

sabranda-dehset-avtomobil-agaca-cirpildi-iki-qardas-oldunbsp-1746877176
|
|

  Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır./Report