Prezident: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər 

prezident-azad-olunmus-bolgelere-sefer-eden-xarici-qonaqlar-oz-teeccubunu-gizlede-bilmirlernbsp-1746890035
|
|

  Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır.

"Referans" AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işlərinin aparıldığını söyləyən dövlətimizin başçısı bildirib: "İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər".