Ağdamda təsirli anlar: Prezident bu səhnədən duyğulandı 

agdamda-tesirli-anlar-prezident-bu-sehneden-duygulandinbsp-1746896103
|
|

  Mayın 10-da Ağdam Muğam Mərkəzinin təntənəli açılış mərasiminə həsr olunmuş konsert proqramından sonra duyğulu və yaddaqalan anlar yaşanıb.

"Referans" Globalinfo.az-a istinadən xəbər verir ki, konsertin ardından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin binasını tərk edərkən onları həyətdə ölkənin tanınmış incəsənət və ictimai-siyasi xadimləri qarşılayıblar. Açıq havada səsləndirilən “Qarabağ” mahnısı tədbirə duyğusal bir çalar qatıb.

Daha sonra Xalq artisti Mələkxanım Əyyubova canlı ifada “Qarabağ şikəstəsi”ni səsləndirib. Onun möhtəşəm ifasına tanınmış xanəndə, Əməkdar artist Təyyar Bayramov da qoşulub. Hər iki sənətkarın ifası tədbir iştirakçılarına dərin təsir bağışlayıb.

Prezident İlham Əliyev sənətkarların çıxışını alqışlarla qarşılayıb və duyğulandığı aydın hiss olunub.