DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb - VİDEO

dsx-xudaferin-korpusunun-sutun-hissesinde-qazinti-aparan-iran-vetendaslari-askarlanib-video-1746961838
|
|

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.



Bu barədə "Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. İran ərazisindən keçən şəxslər körpüdə qazıntı aparıblar Qeyd edilib ki, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar. Sərhəd naryadı hadisəyə dərhal müdaxilə edib Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.



Sərhəd pozucularının aqibəti Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb. Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.


Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib. Araz çayına düşən şəxsin axtarışları aparılır Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır. Əməliyyat-istintaq tədbirləri davam etdirilir Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.