İran XİN: Danışıqlar çətin, lakin faydalı oldu

11.05.2025
-
18:18
|
|
İran və ABŞ arasında Omandakı nüvə proqramı ilə bağlı danışıqlar çətin, lakin tərəflərin mövqelərini anlamaq üçün faydalı olub.
Referans xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.
Diplomat sosial şəbəkə hesabında yazıb: “İran və ABŞ arasında danışıqlarının dördüncü raundu tamamlandı. Mövqeləri daha yaxşı başa düşmək və fikir ayrılıqlarını həll etmək üçün ağlabatan və real yollar tapmaq üçün çətin, lakin faydalı danışıqlar oldu"./teleqraf