Azərbaycan millisi Belarusa uduzdu

azerbaycan-millisi-belarusa-uduzdu-1746976154
|
|

  16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq görüşü keçirib.

Referans xəbər verir ki, Binə stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mayın 9-da Binə stadionunda keçirilmiş ilk qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.