Mbappe “Real Madrid”də qol rekorduna imza atdı

mbappe-real-madridde-qol-rekorduna-imza-atdi-1746977968
|
|

  “Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə matçda iki qol vuraraq, rekorda imza atıb.

Referans xəbər verir ki, fransalı forvard “Kral Klubu”nda debüt mövsümündə 37-ci və 38-ci qollarını vurub.

Beləliklə, 26 yaşlı hücumçu 1992/1993 mövsümündə debütdə 37 qol vuran “Real”ın çilili sabiq futbolçusu İvan Zamoranonun rekordunu təzələyib.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan “El Klasiko”da “Barselona” 4:2 hesabı ilə öndədir./teleqaf