Leyla Əliyeva Romada Nizami Gəncəvinin heykəlini ziyarət etdi – FOTO

11.05.2025
-
21:19
|
|
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İtaliyanın paytaxtı Romada səfərdədir.
Referans xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti İtaliyanın paytaxtı Romada yerləşən “Villa Borghese” parkında olub.
Bu zaman L.Əliyeva görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həmin parkda ucaldılmış heykəli də ziyarət edib.